
Samsung J seriyasının yeni modelini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
Samsung şirkəti Galaxy J seriyasının yeni modelini təqdim
edib. Galaxy J1 Ace Neo modeli 4.3 inç 480x800 piksel keyfiyyətli SuperAMOLED
ekrana, 1.5 GHz tezlikli 4 nüvəli prosessora, 1 GB-lıq RAM-a, 8 GB-lıq daxili
yaddaşa (microSD funksiyası dəstəklənir) və 1900 mAh enerji tutumlu batareyaya
sahibdir. Yeni smartfon 5 MP-li arxa və 2 MP-li ön kamera ilə təchiz
olunmuşdur. Qeyd etmək lazımdır ki, Galaxy J1 Ace Neo Android 5.1 Lollipop əməliyyat
sistemi üzərində çalışır. Smartfon 3 rəng (ağ, qara və göy) versiyasında təqdim
olunacaq. Hal-hazırda smartfonun qiyməti barəsində heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər