
Samsung, LG-yə müharibə elan etdi!
Elm & Texnologiya
07.05.2017
Farid
Cənubi Koreyada yeni flaqmanı G6 modeli ilə böyük uğur əldə edən LG, rəqiblərini qorxutmuşa bənzəyir. Çünki Samsung, indidən Galaxy S8-in reklamlarını təqdim etməyə başladı!
LG-nin yeni flaqmanı G6, Cənubi Koreyada satışa təqdim
edildiyi gündən bu yana olduqca uğurlu oldu deyilə bilər. Çünki ilk günündə
20.000 ədəd satış reallaşdırdı və firmanın öz rekordunu qırmış oldu.
LG və Samsung müharibəsi başladı!
LG-nin yeni flaqmanı G6 eyni şəkildə Galaxy S7 edge və
Galaxy A5 modellərinə qarşı satışını iki və dört dəfə artırdı . Bu müvəffəqiyyət
Samsungun gözünü qorxutmuş olacaq ki, hələ rəsmi olaraq təqdim etmədikləri yeni
flaqmanı olan Galaxy S8 üçün Cənubi
Koreyada bir reklam kampaniyası başlatdı.
Analitiklər Samsungun bu addımının daha əvvəl görülməmiş bir
hərəkət olduğu mövzusunda həm fikirdilər. LG-nin G6 modelinin daha Samsung
Galaxy S8 təqdim olunmadan bazara hakim hala gəlməsindən qorxduqlarını düşünürlər
deyilə bilər.
Reklamda isə Galaxy S8 haqqında hər hansı bir məlumat yoxdur.
Hətta video yalnız 1-dən 8-ə qədər sayır və "Next Galaxy" yəni
"Yeni Galaxy" 30 Mart 2017-ci ili işarə edən bir görüntü ilə sona
çatır.
Paylaş
Bənzər xəbərlər