
Samsung markalı smartfonların təmiri getdikcə çətinləşir
Elm & Texnologiya
07.05.2017
Farid
Mobil telefonların təmiri sahəsində fəaliyyət göstərən iFixlt portalı Samsung Galaxy S7 smartfonuna təmir edilmə mümkünlüyü reytinqinə əsasən 10 xaldan 3-ü verib. Daha əvvəlki smartfonların reytinqinə nəzər salsaq Galaxy S6 4 xal, Galaxy S5 5 xal, Galaxy S4 isə 8 xal almışdır. Beləliklə Galaxy seriyasının hər yeni smartfonunu təmir etmək getdikcə çətinləşir. Yaxşı xəbər ondan ibarətdir ki, smartfonun daxilindəki komponentlər platanın mərkəzində (Galaxy S6-dakı kimi) deyil daha yaxşı şəkildə bölünüb. Lakin pis xəbər ondan ibarətdir ki, smartfonun korpusunun altına daxil olmaq çox çətindir. Galaxy S7 smartfonunun daxilinə nəzər yetirmək üçün onun arxa şüşə panelini tamamilə çıxartmaq lazımdır. Bu isə çox təhlükəlidir. Arxa panelin şüşəsini çıxartmaq üçün yapışqanı müəyyən dərəcəyə kimi qızdırmaq lazımdır. Bu üsul nəticəsində isə ekran və digər komponentlər sıradan çıxa bilər.
Paylaş
Bənzər xəbərlər