Logo
    Samsung növbəti Galaxy Buds naqilsiz qulaqlığı üzərində çalışır

    Samsung növbəti Galaxy Buds naqilsiz qulaqlığı üzərində çalışır

        Samsung şirkəti sonuncu dəfə Galaxy Buds seriyasında naqilsiz qulaqlığı keçən ilin avqust ayında təqdim etmişdi. Söhbət, Galaxy Buds 2 Pro-dan gedir. İnsayderlərin verdikləri yeni məlumata əsasən isə şirkət yeni naqilsiz qulaqlıq üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin yeni naqilsiz qulaqlığı Galaxy Buds 3 adını əldə edəcək. Galaxy Buds 3-ün texniki özəllikləri barəsində heç bir məlumat verilməyib.
      Sadəcə olaraq güman etmək olar ki, şirkətin yeni naqilsiz qulaqlılğı vakuum konstruksiyasına, ətraf səs-küyün aktiv boğulması funksiyasına və bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışma özəlliyinə sahib olacaq. Galaxy Buds 3-ün yaxın zamanda təqdim olunmasını gözləmək lazım deyil. Böyük ehtimal ilə o, avqust ayında qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə birgə təqdim ediləcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...