
"Samsung"dan 68$-a yeni ağıllı telefon Z2
Elm & Texnologiya
08.05.2017
"Samsung” şirkəti yeni orta büdcəli smartfonunu Samsung Z2-ni təqdim edib.
Yeni smartfon Tizen 2.4 əməliyyat sistemi üzərində çalışır.
Şirkətin digər Tizen smartfonları kimi Z2 də orta büdcəli seqment üçün nəzərdə
tutulub. Hal-hazırda Z2 Hindistanda təqdim olunub. Telefonun qiyməti 68$ təşkil edir. Bu cür qiymətinin
olmasına baxmayaraq cihaz əsas baza funksionalığından əlavə LTE və VoLTE yüksək
sürətli şəbəkələri dəstəkləyir. Samsung Z2-nin texniki göstəriciləri ilə
aşağıdan tanış ola bilərsiniz.
- 800x480 piksel keyfiyyətli 4 inç TFT ekran
- 1.5 GHz tezlikli 4 nüvəli prosessor
- 1GB RAM və 8GB daxili yaddaş (microSD dəstəklənir)
- 5MP arxa kamera və VGA formatlı ön kamera
- 1500mAh enerji tutumlu batareya.
Samsung Z2 qızılı, qara və tünd qırmızı rənglərdə 29 Avqust
tarixindən satışa çıxacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...