Logo
    main-post-cover

    Samsung orta büdcəli smartfonları üçün AMD qrafikalı yeni Exynos prosessorlarını hazırlayır

    Elm & Texnologiya
    04.09.2023
    Emil
        İnsayderlər Samsung-un Exynos prosessorları ilə bağlı planları barəsində məlumat veriblər. Onların sözlərinə əsasən şirkət orta büdcəli smartfonları üçün AMD qrafikalı yeni Exynos prosessorları üzərində çalışır. Hazırlanan yeni Exynos modellərinin Exynos 1430 Exynos 1480 adlarını əldə edəcəkləri güman edilir. Təəssüflər olsun ki, sözügedən yeni prosessorların texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, onlar 8 nüvəyə5G modemə sahib olacaqlar. AMD qrafikalı yeni Exynos prosessorlarını bu il ərzində gözləmək lazım deyil. Məlumata əsasən onlar gələn il təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər