Logo
    main-post-cover

    Samsung öz cihazları üçün təzyiqin yeni ölçülməsi texnologiyasını patentləşdirib

    Elm & Texnologiya
    23.10.2024
    Emil
         Samsung şirkəti öz cihazları üçün nəzərdə tutulmuş yeni tibbi texnologiyanı patentləşdirib. Söhbət təzyiqin ölçülməsindən gedir. Şirkətin Galaxy Watch smart saatları bu cür özəlliyə artıq sahibdirlər. Lakin şirkətin yeni patentində təzyiqin fərqli üsulla ölçülməsi əks olunub. Belə ki, Samsung-un yeni patentinə əsasən istifadəçilər təzyiqi sadəcə olaraq barmağı cihazın ekranına toxundurmaqla ölçə biləcəklər. Patentləşdirilmiş PPG adlı sensorun birbaşa ekrana inteqrasiyası nəzərdə tutulub. Ekranın pikselləri nəbzin və qandakı oksigen miqdarının ölçülməsində istifadə edilən qırmızı və yaşıl işıq diodları rolunu oynayırlar. Piksellər tərəfindən şüalanan işığın rəngi və parlaqlığı istifadəçinin ekrana necə toxunmasından asılı olaraq ayarlanacaq. Bu isə öz növbəsində maksimal ölçmə dəqiqliyini təmin etməlidir. Bu cür texnologiya smart saatlarla yanaşı smartfonlara da inteqrasiya edilə bilər. Lakin bunun nə zaman baş verəcəyi bilinmir.
    Paylaş