
Samsung öz flaqman smartfonları üçün yeni batareya texnologiyası üzərində çalışır
Elm & Texnologiya
17.01.2025
Emil
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti öz smartfonları üçün nəzərdə tutulmuş yeni batareya texnologiyası üzərində çalışır və hazırlanan batareya texnologiyası gələn il təqdim olunacaq Galaxy S26 smartfonlarının bir dəfə şarj olunmalarından sonra onların daha uzun müddət ərzində çalışmalarını təmin edə bilər. Çinin bir çox smartfon istehsalçısı öz cihazlarında silisium karbid əsaslı batareyalardan istifadə edir. Lakin Samsung daha fərqli texnologiyadan istifadə etmək qərarına gəlib.
Məlumatda qeyd edilib ki, şirkətin istifadəsini planlaşdırdığı yeni texnologiya batareyanın enerji sıxlığını 10% artırmağa imkan verir. Bu isə ənənəvi litium-ion batareyalardakı enerji sıxlığından daha böyükdür. Məlumata əsasən Samsung bu texnologiya sayəsində çoxlaylı yeni batareyaları hazırlayır. Bunun nəticəsində gələn il təqdim olunacaq Galaxy S26 Ultra smartfonunu 5500 mAh enerji tutumlu batareya ilə təmin etmək mümkün olacaq. Bununla belə batareyanın ölçüsündə heç bir dəyişiklik olmayacaq. Lakin bu cür batareyanın istehsal prosesinin baha başa gəlməsi səbəbilə çox güman ki, o, Samsung-un yalnız flaqman smartfonlarında istifadə ediləcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
