main-post-cover

    Samsung öz liderliyini Huawei şirkətinə vermək niyyətində deyil

    Elm & Texnologiya
    11.04.2019
    Farid Pardashunas
        Huawei şirkətinin bu ilin sonuna və ya gələn ilin əvvəlinə smartfon bazarının liderinə çevrilməsi kimi iddialı planları barəsində artıq çox söz deyilib. Şirkət bu cür bəyanatı dəfərlərlə verib. Lakin şirkətin geridə qoymaq istədiyi Samsung şirkəti indiyənə kimi bu barədə heç bir fikir bildirmirdi. İndi isə bu vəziyyət dəyişib. Bu barədə Gagadget saytı xəbər verib.
        Samsung Electronics-in CEO-su D.J. Koh müsahibələrindən birində qeyd edib ki, şirkət öz liderliyini heç kimə verən deyil. Bununla yanaşı o əmindir ki, Samsung hələ 10 il ərzində satışlar baxımından lider şirkət olaraq qalacaq. Lider mövqelərini saxlamağa görə istifadəçilər üçün daha yüksək keyfiyyət və innovasiyalar təqdim etmək baxımından şirkət öz məhsullarını təkmilləşdirməyə davam edəcək. Buna misal olaraq Galaxy Fold qatlana bilən smartfon modelini gətirmək olar.
        Heç şübhəsiz şirkətin CEO-su müəyyən mənada düz sözlər deyir. Lakin nəzərə almaq lazımdır ki, Huawei şirkəti də yerində durmur. O da öz məhsullarını təkmillışdirməyə davam edir və şirkətin Mate X adlı qatlana bilən smartfon modeli Galaxy Fold ilə birbaşa rəqabət aparacaq. Lakin yenə də Samsung şirkətini geridə qoymaq heç də asan olmayacaq. Belə ki, Samsung-un yeni strategiyasına əsasən görmək olar ki, şirkət flaqman özəlliklərə sahib olan büdcəli smartfon modellərini təqdim edir. Hər halda bu qarşıdurmada kimin qalib gələcəyini zaman və satış göstəriciləri müəyyən edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər