Logo
    main-post-cover

    Samsung öz smart üzüyündə istifadə edəcəyi yeni əmtəə nişanını qeydiyyatdan keçirib

        Samsung şirkəti Curio adlı əmtəə nişanını qeydiyyatdan keçirib. İnsayderlərin fikirlərinə əsasən şirkət bu yeni əmtəə nişanını öz smart üzüyündə istifadə edəcək. Qeyd etmək lazımdır ki, Samsung-un smart üzük üzərində çalışdığı barəsində məlumatlar uzun zamandır ki, ortaya çıxırlar. Daha öncə şirkətin smart üzüyünün Galaxy Ring adını əldə edəcəyi güman edilirdi. Bir neçə müddət bundan öncə isə Samsung-un bu mövzu ilə bağlı patentləri də ortaya çıxmışdı. Ortaya çıxmış patentlərdə smart üzüyün sxematik fotoları əks olunmuşdular. Samsung-un öz smart üzüyünü nə zaman təqdim edəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər