Logo
    main-post-cover

    Samsung öz smart üzüyünün son hazırlanma mərhələsindədir

    Elm & Texnologiya
    12.09.2023
    Emil
        Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti smart üzük üzərində çalışır. Çinin IThome adlı saytının vermiş olduğu yeni məlumata əsasən Samsung öz smart üzüyünün son hazırlanma mərhələsindədir və onun kütləvi istehsalına yaxın zamanda start verilməlidir. Smart üzüyün gələn ilin əvvəlində satışa çıxacağı gözlənilir. Məlumatda qeyd edilib ki, smart üzüyün istehsalı məsələsində Samsung şirkəti Yaponiyanın Meiko Electronics adlı şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən şirkət smart üzük üçün platanın istehsalı ilə məşğul olacaq. Samsung isə öz növbəsində ABŞ və Avropada aşağıdakı əmtəə nişanlarının qeydiyyat sorğularını göndərib.
    - Samsung Curio
    - Samsung One
    - Samsung Rhythm
    - Samsung Pulse
    - Samsung Circle
    - Galaxy Insight
    - Galaxy Index
    - Galaxy Circle.
    Məlumatda qeyd edilib ki, Samsung-un smart üzüyü Galaxy S24 smartfon seriyası ilə birlikdə təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər