Samsung qarışıq reallıq cihazları (AR + VR) sahəsinə daxil olmağı planlaşdırır

Samsung qarışıq reallıq cihazları (AR + VR) sahəsinə daxil olmağı planlaşdırır

Texnologiya
02.03.2023 PAYLAŞIM

    Samsung şirkətinin top menecerlərindən birinin verdiyi məlumata əsasən şirkət hal hazırda qarışıq reallıq (AR + VR /Mixed Reality) sahəsinə istiqamətlənmiş məhsulların təqdim edilməsi məsələsində yol xəritəsinin tərtib edilməs ilə məşğuldur. Samsung bu sahəni çox perspektivli hesab edir. Bir çox texnoloji şirkətin fikrincə qarışıq reallıq elektronika sahəsinin növbəti inkişaf mərhələsidir. Bu sahəyə artıq Meta Microsoft kimi şirkətlər külli miqdarda investisiyalar yatırırlar. Bu cür texnologiyalar faktiki olaraq xüsusi cihaz və proqram təminatı sayəsində real dünya ilə virtual dünyanı birləşdirməyə imkan verəcəklər. Samsung şirkətinin təmsilçilərinin məlumatlarına əsasən şirkət bu imkanı qaçırtmaq istəmir.

    Lakin şirkətin ilk MR cihazının nə zaman sərgilənəcəyi barəsində bir məlumat verilməyib. Bununla belə Samsung təmsilçiləri qeyd ediblər ki, şirkət Google Qualcomm-la sıx şəkildə əməkdaşlıq edr. Qualcomm həm AR həm də VR cihazlar üçün nəzərdə tutulmuş Snapdragon XR adlı prosessorun satışlarını artıq reallaşdırır. Samsung proqram təminatının hazırlanması mövzusunda illərin təcrübəsinə, Google isə Android kimi məşhur və güclü platformaya sahibdir. Bununla belə Samsung bu məsələdə yalnız 2 şirkət ilə əməkdaşlıqla yetinmək niyyətində deyil. Belə ki, Samsung kənar tərtibatçıları, kontent və proqram təminatı yaradıcılarını cəlb edərək öz ekosistemini yaratmağı hədəfləyib. Bəzi mütəxəssislərin fikirlərinə əsasən yaxın gələcəkdə Samsung-dan AR və ya MR eynək gözləmək olar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulu..


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..

×