
"Samsung", "Qualcomm" ilə birlikdə yeni Snapdragon 835 prosessorunu təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung Electronics” "Qualcomm Technologies” ilə birlikdə əngüclü prosessoru təqdim ediblər.
İki şirkətin əməkdaşlığı çərçivəsində 10 nanometrik texproses bazasında hazırlanmış Snapdragon 835 çipi hazırlanıb.
Bununla yanaşı yeni Quick Charge 4.0 sürətli enerji yığma sistemi də təqdim
olunub. Onun vasitəsilə 5 dəqiqə ərzində şarj olunmuş cihazı 5 saat işlətmək
mümkün olacaq. Texnoloji proses, prosessorun üzərindəki tranzistorların ölçülərini
təyin edir. Bu isə cihazın performansına, enerji sərfiyyatına və çipin ölçüsünə təsir edir.
Müasir smartfonların çipləri 14 nanometrik texproses üzərində çalışırlar. Təqdim
olunmuş Snapdragon 835 sistemi "Samsung”un 10 nanometrik FinFET texprosesi üzərində çalışır.
Yeni prosessor 27% daha məhsuldar
olacaq və keçmiş Snapdragon 820/821 modellərindən 40% daha az enerji sərf edəcək.
Snapdragon 835, ölçü baxımından bir qədər kiçikdir. Buna görədə smartfon
istehsalçıları öz cihazlarına daha böyük enerji tutumlu batareyalar yerləşdirə
biləcəklər. Həmçinin yeni prosessor Quick Charge 4.0 sürətli enerji yığma
xüsusiyyətini dəstəkləyir. Çip USB naqilin növünü və onun vəziyyətini təyin edə
biləcək. Beləliklə keyfiyyətsiz naqillərin ucbatından batareyaların zədələnməsinin
qarşısı alınacaq. "Qualcomm”un təcrübələri göstərdi ki, 2750 mAh enerji tutumlu
batareya ilə təchiz olunmuş cihaz Quick Charge 4.0 özəlliyi vasitəsilə 5 dəqiqə
şarj olunandan sonra 5 saata qədər çalışa bilir. Snapdragon 835 çipli və Quick
Charge 4.0 özəllikli ilk smartfonların 2017-ci ilin birinci rübündə satışa
çıxması gözlənilir.
Paylaş
Bənzər xəbərlər