
"Samsung" rəsmi olaraq Gear S3-ü təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung” şirkəti Berlində keçirilən IFA 2016 tədbiri çərçivəsində Gear S3 "ağıllı” saatlarını təqdim edib. Yeni saatlar müxtəlif korpuslarda iki yeni funksiyaya sahibdirlər.
Artıq neçənci dəfədir ki, şirkət adi təqdimatı əsl şouya
çevirməyi bacarır. "Samsung”, Gear S2 konsepsiyasına sadiq qalaraq Gear S3-ün iki versiyasını təqdim edib. Classic model dəbli və funksional aksessuar olduğu
halda Frontier model daha çox idman sevərlər üçün əla seçimdir. Saatların
texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz.
- 360x360 piksel keyfiyyətli 1.3 inç SuperAMOLED ekran
- 768 MB RAM və 4 GB daxili yaddaş
- 1 GHz tezlikli 2 nüvəli Exynos prosessoru
- Wi-Fi, Bluetooth, 3G/LTE (yalnız Frontier modeldə), NFC, GPS
və GLONASS
- Ürək döyüntüsü, akselerometr, barometr və spidometr göstəriciləri.
"Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən saatlar həmişəki kimi şirkətin öz əməliyyat sistemi Tizen
2.3.2 üzərində çalışırlar. Lakin indi NFC vasitəsilə Samsung Pay-dən istifadə
edərək mağazalarda alış-veriş etmək mümkündür. Hər iki modeldə GPS və GLONASS
özəllikləri var. Buna görədə idman etməyə hazırlaşarkən özünüzlə smartfonu
götürməyə ehtiyac qalmayacaq. Yeni
saatlar Gear S2-dən 4 mm daha enlidir və yeni Gorilla Glass SR+ şüşəsi ilə
qorunurlar. Gear S3-ün ekranı mütəmadi olaraq tam rəng spektrində çalışır. Gear
S2-də isə yuxu rejimi zamanı ekran yalnız eyni anda 8 rəng əks etdirə bilirdi.
Saatlara hər
bir 22 mm-lik kəmərlər gedir. Korpus alüminiumdan hazırlanıb və həmçinin
IP68 standartı üzrə nəmişlik və tozdan qorunur. Saatlar yarım metr su dərinliyində
yarım saat ərzində dözmə qabiliyyətinə sahibdirlər. Əlavə olaraq yeni cihaz çox
yüksək və aşağı temperatur təsirlərinə qarşı dözümlüdür. Gear S3 köhnə modeldən
fərqli olaraq daha geniş enerji tutumlu batareya ilə təchiz olunub. Kohnə model
250 mAh göstəriciyə sahib olduğu halda Gear S3 380 mAh enerji tutumlu
batareyaya sahibdir. Həmçinin cihaz WPS formatlı naqilsiz enerji yığma xüsusiyyəti
ilə təchiz olunub. Gear S3-ün satışları bu ilin oktyabr ayına planlaşdırılıb. Classic
modelin qiyməti 299$ təşkil edəcək. Frontier modelinin qiyməti hələki bəlli
olmasa da onun birinci modeldən bir qədər baha olacağı güman olunur.
Paylaş
Bənzər xəbərlər