
Samsung S49CG934 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
07.11.2023
Emil
Samsung şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor Samsung S49CG934 adını əldə edib. Beləliklə sözügedən monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib DQHD (5120x1440) keyfiyyətli 49 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. O, DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Ekran həmçinin AMD FreeSync dəstəyinə də sahibdir. Samsung S49CG934 özündə HDMI 2.1, DisplayPort 1.4 və USB-C girişlərini, o cümlədən səsgücləndiriciləri birləşdirir. Monitor artıq Çin bazarında 1235$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
