
Samsung S8 haqqında ilkin məlumatlar
Elm & Texnologiya
07.05.2017
Farid
Galaxy S8 hələ tanıdılmasa da telefon haqda
məlumatlar artıq gəlməyə başlayıb. "Samsung"un yeni amiral gəmi modeli Galaxy
Note 7 hələ satışa çıxmamış, bir sonrakı model Galaxy S8 haqda məlumatlar diqqət çəkməyə
başlayıb.
Galaxy S8 cüt kamerayla gəlməyə hazırlaşır.
Çinin sosial media platforması Weibo vasitəsilə
yayımlanan son paylaşımlara görə Galaxy S8-də cüt kamera xüsusiyyəti yer
alacaq. Hal-hazırda ölkəmizdə satışda olan LG G5 və Huawei P9 modellərində yer
alan cüt kamera, iddialara görə ilk olaraq Galaxy S8 modelində istifadə
olunacaq. Mobil cihazlar arasında xüsusi yer tutan cüt kamera "Apple"ın məhsulu
olan iPhone 7 Plus-da təqdim olunacaq. Bir nömrəli rəqibi "Apple" qarşısında rəqabətdə
geri qalmaq istəməyən "Samsung"un, Galaxy S8 modelində cüt kameradan istifadə etməsi
təəccüb yaratmır. İddialara görə, Galaxy S8 modelində 12 və 13 MP arxa kameralar istifadə olunacaq. Ön kameranın isə 8 MP olması gözlənilir.
Bu modeldə Iris oxuyucu istifadə olunması da gözlənilir. 4K Ultra HD ekran və
10 nm prosessor (Exynos 8895, Snapdragon 830) Galaxy S8-də önə çıxan digər
xüsusiyyətlər olacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
