main-post-cover

    Samsung şirkəti 11 Oktyabrda 4 arxa kameraya sahib smartfon təqdim edə bilər

    Elm & Texnologiya
    14.09.2018
    Farid Pardashunas
        Artıq bir neçə müddətdir ki, Samsung şirkəti öz diqqətini özəl funksiyaların flaqman modellərdən öncə əldə edən orta büdcəli smartfon modellərinə yönəldib. Beləliklə şirkətin yeni strategiyası əsasında satışa çıxacaq ilk smartfon modelini artıq 11 Oktyabr tarixində təqdim edə bilərlər. Belə ki, həmin tarix üçün şirkət təqdimat tədbiri anons edib. Görünür, “4x fun” sitatı ilə şirkət təqdim olunacaq yeni smartfon modelində 4 arxa kameranın olacağına işarə edib.

        Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkətin həqiqətən də belə bir smartfon üzərində çalışdığı barəsində məlumatlar yayılmışdı. Bununla belə həmin mesaj başqa məna da daşıya bilər. Məsələn 3 arxa kamera və bir ədəd ön kamera. Sözügedən təqdimat şirkətin rəsmi saytında canlı yayım vasitəsilə istifadəçilərə göstəriciləcək. Bu isə o deməkdir ki, smartfon heç də adi bir cihaz olmayacaq. Yeni smartfonun kameralar sistemi barəsində hələki heç bir məlumat yoxdur. Əlavə kamera modulları obyektin optik yaxınlaşdırılması, genişbucaqlı çəkilişi və ya 3D modelinin yaradılması üçün istifadə oluna bilərlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər