main-post-cover

    Samsung şirkəti 16 GB-lıq RAM-ların istehsalına start verib

    Elm & Texnologiya
    25.02.2020
    Farid Pardashunas
        Müasir smartfonlar desktop kompüterlər və noutbuklar kimi yüksək göstəricili RAM-lar ilə təchiz olunurlar. Lakin yaxın zamanda bu məsələdə smartfonlar ilə kompüterlər arasındakı fərq daha da azalacaq. Belə ki, Samsung şirkəti LPDDR5 standartlı 16 GB-lıq RAM-ların irimiqyaslı istehsalına start verdi. Bu barədə 4pda saytı xəbər verib.
        Yüksək göstəricili yeni RAM-lar 5G şəbəkəsində çalışan smartfonlar və süni zəka imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub. Məlumata əsasən 16 GB-lıq RAM məlumatların saniyədə 5500 Mbit sürətlə ötürülməsini dəstəkləyir. Bu isə əvvəlki nəsil RAM-dan 1.3 dəfə çoxdur. 16 GB-lıq LPDDR5 standartlı DRAM modul 8 ədəd 12 Gbit-lik və 4 ədəd 8 Gbit-lik çiplərdən ibarətdir.
        Hal hazırki mərhələdə Samsung şirkəti 16 GB-lıq RAM-ların istehsalat miqyasını genişləndirməyə davam edir. Bu ilin ikinci yarısı üçün şirkət 10 nanometrlik texnoloji proses əsasında hazırlanmış və məlumatların saniyədə 6400 Mbit sürətlə ötürülməsini dəstəkləyən 16 Gbit-lik modulların istehsalını planlaşdırır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər