main-post-cover

    Samsung şirkəti 2 yeni Exynos prosessoru üzərində çalışır

    Elm & Texnologiya
    14.11.2022
    Farid Pardashunas
        Bu ilin yay fəslində Samsung bildirmişdi ki, o, Exynos prosessorlarının istehsalını dayandırmaq niyyətində deyil. Bir neçə müddət bundan öncə isə şirkət bu bəyanatı sertifikatlaşdırma ilə təsdiqləyib. Belə ki, şirkət iki ədəd Exynos modelini sertifikatlaşdırmadan keçirdib və gözləntilərə əsasən onlar şirkətin bəzi yeni smartfonlarında istifadə ediləcək. Bluetooth SIG nizamlayıcı orqanın məlumatlarına əsasən Exynos 1330 Exynos 1380 adlı yeni prossessorlar Bluetooth 5.3 texnologiyasını və mmWave ilə Sub-6 GHz diapazonlarının dəstəyinə sahib 5G modemi əldə edəcəklər.
        İnsayderlərin verdikləri məlumatlara əsasən sözügedən prosessorlar Galaxy A, Galaxy FGalaxy M seriyasının smartfonlarında istifadə ediləcək. Məlumatda qeyd edilib ki, Exynos 1380 modeli minimum iki ədəd yüksək performanslı ARM Cortex nüvəsi və Mali qrafik çipi ilə təchiz olunacaq. Artıq satışa çıxmış Galaxy A33 5G ilə Galaxy A53 5G smartfonlarının Exynos 1280 prosessoruna sahib olduqlarını nəzərə alsaq, çox güman ki, Galaxy A34 Galaxy A54 smartfonları məhz Exynos 1380 prosessorunu əldə edəcəklər. Exynos 1330 modelinə gəldikdə isə onun barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər