
Samsung şirkəti 250 MP-lik kamera sensoru üzərində çalışmağa başlayıb
Elm & Texnologiya
30.04.2020
Emil
Samsung şirkəti gələcək smartfonlar üçün 250 MP-lik ISOCELL kamera sensoru üzərində çalışmağa başlayıb. Bu barədə Sammobile saytı xəbər verib. Məlumata əsasən şirkət 150 MP-lik ISOCELL kamera sensoru üzərində işləri sonlandırıb və 250 MP-lik kamera sensoru üzərində işlərə start verib. Gözləntilərə əsasən bu cür kameraların sensorlarının ölçüləri 1 düym olacaq.
Samsung şirkətinin bu cür ölçüdə olan kamera sensorunu smartfonlara necə yerləşdirəcəyi bilinmir. Belə ki, bu öz növbəsində smartfonların qalınlıqlarının artmasına gətirib çıxaracaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, 108 MP-lik kameranın sensor ölçüsü 1/1.33 düymdür. Güman edilir ki, Samsung-un 150 MP-lik kamerasını əldə edəcək ilk smartfonu Xiaomi şirkəti bu ilin sonuna kimi təqdim edəcək. 250 MP-lik kameraya sahib smartfonlar isə gələn il təqdim olunacaqlar
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
