Samsung şirkəti 6000 mAh-lıq batareyaya sahib Galaxy M21-i təqdim etdi
Elm & Texnologiya
18.03.2020
Farid Pardashunas
Samsung şirkəti keçən ilki Galaxy M20 smartfon modelinin davamçısı olan Galaxy M21-i təqdim etdi. Keçən ilki model ilə müqayisədə yeni Galaxy M21 diqqəti cəlb edən bir sıra özəlliklər əldə edib. Həmin özəlliklər arasında böyük ölçülü ekran, yüksək RAM göstəricisi, təkmilləşdirilmiş kameralar və böyük həcmli batareya var. Galaxy M21 smartfonu 2340x1080 piksel keyfiyyətli 6.4 düym Super AMOLED ekrana sahibdir.
Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Bununla yanaşı smartfon ekranı həmçinin Gorilla Glass 3 qoruyucu şüşəsi ilə də əhatə olunub. Arxa panel dizaynında smartfon Galaxy S20 seriyasını xatırladır. Bir fərq ondan ibarətdir ki, Galaxy M21-də barmaq izi skanı texnologiyası məhz arxa paneldə yerləşdirilib.
Əsas texniki göstəricilrəə gəldikdə isə Galaxy M21 modeli Exynos 9611 prosessoru, Mali-G72 MP3 qrafik sürətləndirici, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy M21 smartfonu 23 mart tarixində satışa çıxacaq. Şirkət onun qiyməti barəsində bir məlumat verməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ