main-post-cover

    Samsung şirkəti bu il 4 ədəd Galaxy Note 10 smartfon modeli təqdim edə bilər

    Elm & Texnologiya
    09.04.2019
    Farid Pardashunas
        Görünür, Samsung şirkəti bu il nəinki Galaxy S10 seriyasını həmçinin Galaxy Note 10 seriyasını da genişləndirmək qərarını verib. Biz artıq xəbər vermişdik ki, şirkət Galaxy Note 10 smartfonunu 3 versiyada təqdim edə bilər. Lakin yeni məlumata əsasən şirkət 4 fərqli Galaxy Note 10 smartfon modelini təqdim edəcək. Bu barədə Koreyanın ETNews saytına istinadən Gagadget saytı xəbər verib.
        Ortaya çıxmış son məlumata inansaq, təqdim olunacaq Galaxy Note 10 smartfonlarının hər 4 versiyası Infinity-O ekrana sahib olacaq və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə olacaq (Galaxy S10-dakı kimi). Məlumatda həmçinin Galaxy Note 10 modellərinin ekran ölçüləri də qeyd olunub: 6.28 düym, 6.4 düym, 6.7 düym və 6.75 düym.
        Ekran ölçülərindən əlavə olaraq Galaxy Note 10 modelləri bir-birilərindən kamera saylarına və 5G şəbəkəsi dəstəyinə görə fərqlənəcəklər. Hər bir model S Pen stilusu (S Pen stilusu öz kamerasına sahib ola bilər) Snapdragon 855 / Exynos 9810 prosessoru ilə təchiz olunmalıdır. Güman olunur ki, Galaxy Note 10 seriyasının büdcəli modeli yalnız Avropa bazarında satışa çıxacaq. Çox güman ki, şirkət Galaxy Note 10 seriyasını ənənəvi olaraq bu ilin avqust ayında təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər