main-post-cover

    Samsung şirkəti büdcəli Galaxy M smartfon seriyasının təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    14.01.2019
    Farid Pardashunas
        Samsung şirkəti yeni büdcəli smartfon seriyası olan Galaxy M-in təqdimat tarixini rəsmi olaraq elan etdi. Beləliklə şirkət yeni Galaxy M seriyasını 28 yanvar tarixində Hindistanda təqdim edəcək. Sözügedən smartfon seriyasının cihazları isə eksklüziv olaraq Amazon saytında satılacaq. Yeni seriyanın ilk smartfon modelləri Galaxy M10M20 olacaqlar. Daha əvvəlki məlumat sızıntılarına inansaq Galaxy M10 modeli Exynos 7870 prosessoru və 3 GB RAM ilə təchiz olunacaq. Galaxy M20 isə Exynos 7885 prosessoru, 3 GB RAM və 32 GB daxili yaddaş həcmi, 13 MP +5 MP ikili arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni smartfonlar həmçinin USB-C girişinə və ənənəvi 3.5 mm-lik audiogirişə də sahib olacaqlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər