main-post-cover

    Samsung şirkəti büdcəli Galaxy Note üzərində çalışır

    Elm & Texnologiya
    26.09.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy S ilə Galaxy Note seriyasını birləşdirəcək və Galaxy Note seriyasını Galaxy Fold ilə əvəz edəcək. Lakin yeni məlumat sızıntısı Galaxy Note seriyasının mövcudluğunun davam etdirilməsini təsdiqləməklə yanaşı həmçinin daha bir Galaxy Note modeli barəsində də məlumatı ortaya çıxardıb. Bu barədə Sammobile saytı xəbər verib. Yeni məlumat sızıntısına əsasən Samsung şirkəti SM-N770F model nömrəsinə sahib smartfon üzərində çalışır.
        Model nömrəsindəki N hərfi Galaxy Note seriyasına aiddir. Lakin N hərfindən sonra olan rəqəmlər bir qədər çaşqınlığa uğradır. Belə ki, Galaxy Note seriyasına daxil olan ilk iki model istisna olmaqla digər bütün modellərin model nömrələri SM-N9xx kimi qeyd olunur. Müqayisə üçün qeyd etmək lazımdır ki, qatlana bilən Galaxy Fold smartfonu SM-F900F model nömrəsinə sahibdir. İnsayderlərin verdikləri məlumatlara əsasən isə gələn il onun daha sadələşdirilmiş versiyası təqdim olunacaq və onun model nömrəsi SM-F700F-dir. Məntiqə uyğun olaraq SM-N770F model nömrəsinə sahib smartfon modeli büdcəli Galaxy Note 10 olmalıdır. Adi Galaxy Note 10 isə SM-N970F model nömrəsinə sahibdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər