Logo
    main-post-cover

    Samsung şirkəti daha bir Galaxy Watch 6 modelini təqdim edə bilər

        Samsung şirkətinin 26 iyul tarixində baş tutacaq Galaxy Unpacked təqdimat tədbiri çərçivəsində təqdim olunacaq yeni məhsullar arasında Galaxy Watch 6 smart saat seriyası da olacaq. Sözügedən seriyaya Galaxy Watch 6 ilə Watch 6 Classic modelləri daxil olmalıdır. Ortaya çıxmış yeni məlumata əsasən şirkət təqdimat çərçivəsində daha bir Galaxy Watch 6 modelini təqdim edə bilər. Söhbət, Galaxy Watch 6 Business-dən gedir. Sözügedən modelin adi Galaxy Watch 6 ilə Watch 6 Classic-dən nə ilə fərqlənəcəyi tam aydın deyil. Lakin adından da bəlli olduğu kimi Galaxy Watch 6 Business böyük ehtimal ilə iş adamları üçün nəzərdə tutulacaq. Galaxy Watch 6 Business adlı modelin dəqiq şəkildə təqdim edilib-edilməyəcəyi bilinmir. Bunu yalnız 26 iyul tarixində öyrənmək mümkün olacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung şirkəti daha bir Galaxy Watch 6 modelini təqdim edə bilər | Technote