main-post-cover

    Samsung şirkəti dəyişdirilə bilən kameraya sahib smartfonun patentini alıb

    Elm & Texnologiya
    19.03.2019
    Farid Pardashunas
        Samsung şirkəti smartfon üçün dəyişdirilə bilən kamera özəlliyini əks etdirən yeni patenti əldə edib. Patent fotolarını Phonearena saytı təqdim edib. Bu barədə Macdigger saytı xəbər verib. Beləliklə Samsung şirkəti hərəkət edirilə bilən 3 hissədən ibarət hibrid smartfonun patentini əldə edib. Patentdə əks olunmuş cihaz müəyyən mənada qatlana bilən Galaxy Fold smartfonuna bənzəyr. Smartfonun əsas özəlliklərindən biri də odur ki, o, iki ədəd kamera ilə təchiz olunacaq və kameralardan birini istənilən zaman dəyişdirmək mümkün olacaq. Digər kamera isə standart kamera funksiyasını daşıyacaq.

        Dəyişdirilə bilən kamera modulu üçün smartfon üzərində ayrıca xüsusi hissə yerləşir. Həmin hissə patent fotosunda 41 nömrə ilə işarə edilib. Phonearena saytının jurnalistləri qeyd ediblər ki, həmin xüsusi hissədən nəinki müxtəlif kamera modullarının taxılması üçün həm də smartfonu məsələn avtomobil sükanına bərkitmək üçün də istifadə etmək mümkün olacaq. Bu isə öz növbəsində avtomobil hərəkətdə olarkən foto və ya video çəkilişi üçün rahat üsul ola bilər. Lakin Phonearena-nın fikrincə smartfonda kamera modulunun dəyişdirilməsi üçün nəzərdə tutulmuş xüsusi hissənin olması səbəbilə sözügedən smartfondan istifadə etmək heç də rahat olmayacaq. Həmçinin həmin xüsusi hissənin hesabına smartfonun çəkisi və ölçüləri də arta bilər. Bu smartfonun texniki göstəriciləri barəsində isə hələki heç bir məlumat yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər