main-post-cover

    Samsung şirkəti Galaxy A20e smartfon modelini təqdim edib

    Elm & Texnologiya
    11.04.2019
    Farid Pardashunas
        Samsung şirkəti özünün Galaxy A seriyasını daha bir smartfon modeli ilə genişləndirib. Belə ki, şirkət bir ay bundan öncə təqdim olunmuş Galaxy A20 modelinin daha kompakt versiyası olan Galaxy A20e smartfonunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib.

        Xarici görünüşcə Galaxy A20e modeli adi Galaxy A20 ilə oxşardır. Belə ki, Galaxy A20e də üzərində damcı formalı çıxıntı hissəyə sahib Infinity-V ekran ilə təchiz olunub. Lakin Galaxy A20-dən fərqli olaraq yeni smartfonun ekranı bir qədər balacadır. Galaxy A20 1560x720 piksel keyfiyyətli 5.8 düym LCD ekrana sahibdir. Bu, Galaxy A seriyasının ən kompakt smartfon modelidir.

        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Exynos 7884 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/1.9 diafraqmalı) + 5 MP (f/2.4 diafraqmalı genişbucaqlı modul) ikili arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A20e modelinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində şirkət heç bir məlumat verməyib. Lakin dəqiq olan odur ki, o, 217$-dan ucuz qiymətə satılacaq. Belə ki, adi Galaxy A20 modeli məhz 217$-a satılır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər