main-post-cover

    Samsung şirkəti Galaxy A41 smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    19.03.2020
    Farid Pardashunas
        Samsung şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirtmədən özünün yeni Galaxy A41 adlı smartfon modelini təqdim etdi. Galaxy A seriyasının yeni modeli böyük ölçülü Super AMOLED ekran, üçlü arxa kamera və IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyini əldə edib. Beləliklə Galaxy A41 smartfonu Full HD+ keyfiyyətli 6.1 düym Super AMOLED ekran əldə edib. Ekran üzərində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Maraqlısı ondadır ki, smartfon 8 nüvəli prosessor ilə təchiz olunub və Samsung həmin prosessor istehsalçısının adını açıqlamayıb.
        Digər texniki özəlliklərə gəldikdə isə Galaxy A41 smartfonu 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 48 MP (f/2.0 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı genişbucaqlı obyektiv) + 5 MP (ToF modul) üçlü arxa kamera, 25 MP-lik (f/2.2 diafraqmalı) ön kamera, 15 vatt gücündə sürətli şarj texnologiyalı 3500 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunub. Smartfon One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Şirkət Galaxy A41-in satış qiymətini açıqlamasa da qeyd edib ki,onun satışlarına bu ilin iyun ayında start veriləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər