main-post-cover

    Samsung şirkəti Galaxy A8s-in Lite versiyası olacaq Galaxy A60 üzərində çalışır

    Elm & Texnologiya
    18.01.2019
    Farid Pardashunas
        Keçən ilin sonunda Samsung şirkəti özünün Infinity-O ekrana sahib ilk smartfon modeli Galaxy A8s-i təqdim etmişdi. İndi ortaya çıxmış məlumata əsasən isə şirkət həmin smartfonun Lite versiyası üzərində çalışır. Bu barədə Allaboutsamsung saytının məşhur insayderi xəbər verib. Onun sözlərinə əsasən yeni smartfon Çin bazarından kənarda Galaxy A60 adı ilə satılacaq.
        Smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Lakin şaiyələrə əsasən Galaxy A60 modeli ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəyə bənzər yerə sahib genişformatlı ekran və Exynos 9610 prosessoru ilə təchiz olunacaq. İnsayderin verdiyi məlumata əsasən smartfon bu ilin aprel ayında təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Samsung şirkəti hal hazırda yeni Galaxy S seriyasının təqdimatına hazırlaşır və onun təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər