main-post-cover

    Samsung şirkəti Galaxy Fold'un problemlərini həll etdi

    Elm & Texnologiya
    12.05.2019
    Farid Pardashunas
        Artıq bir çoxlarının qatlana bilən Galaxy Fold smartfon modelinin satışa çıxacağına şübhə ilə yanaşdıqları bir vaxtda Samsung mühəndisləri səylə sözügedən smartfonun problemlərini aradan qaldırmağa çalışırdılar. Nəticədə şirkət bildirib ki, Galaxy Fold-un bütün problemləri aradan qaldırılıb. Bu barədə The Korea Herald saytına istindən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Galaxy Fold-un satışlarına hələ 26 aprel tarixində start verilməli idi. Lakin smartfonun ekranında yaranmış problemlər səbəbilə Samsung şirkəti bu smartfonun satışlarını təxirə salmalı oldu.
        Jurnalistlərin test etmələri üçün onlara göndərilmiş Galaxy Fold modellərinin ekranları bir neçə günlük istifadədən sonra sıradan çıxmağa başlamışdılar. Buna görə də şirkət bütün Galaxy Fold modellərini geri çağırdı. İndi isə şirkətin mobil şöbəsinin CEO-su D.J. Koh bildirib ki, smartfonda olan bütün problemlər aradan qaldırılıb. Məlumata əsasən şirkət mühəndisləri smartfon ekranı ilə gövdəsinin arasında olmuş kiçik çıxıntı hissəni daha da kiçildiblər. Qeyd etmək lazımdır ki, məhz həmin çıxıntı hissənin daxilinə toz dənəcikləri keçdiyindən smartfonun ekranı sıradan çıxmağa başlayırdı. Bununla yanaşı mühəndislər smartfonun şarnir konstruksiyası ilə petlələrini də daha möhkəm ediblər.
        D.J. Koh onu da bildirib ki, şirkət yaxın müddət ərzində smartfonun yeni satış tarixini elan etməyə hazırdır. Smartfonun bu ayın sonuna kimi satışa çıxıb-çıxmayacağı sualına isə o bildirib ki, Samsung şirkəti Galaxy Fold-un satışını gecikdirməyəcək. Görünür, şirkət Galaxy Fold-u ön sifariş etmiş alıcıların sifarişlərini ləğv etməyəcək. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, əgər Galaxy Fold 31 may tarixinə kimi satışa çıxmasa şirkət ön sifariş etmiş alıcıların sifarişlərini ləğv edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər