main-post-cover

    Samsung şirkəti Galaxy Fold-un qlobal satış göstəricilərini təqdim etdi

    Elm & Texnologiya
    13.12.2019
    Emil Nəcəfov
        Samsung şirkəti ilk dəfə qatlana bilən Galaxy Fold smartfon modelinin qlobal satış göstəricilərini təqdim etdi. Smartfonun qlobal satış göstəricilərini Samsung Electronics-in prezidenti Young Sohn bldirib. Bu barədə Androidauthority saytı xəbər verib. Smartfonun yüksək qiymət göstəricisi ilə satılmasına baxmayaraq onun satış göstəriciləri diqqəti cəlb edib.
        Beləliklə verilmiş məlumata əsasən bütün dünya üzrə 1 milyon ədəd Galaxy Fold satılıb. Qeyd etmək lazımdır ki, ABŞ-da smartfonun LTE versiyası 1980$-a, Cənubi Koreyada isə smartfonun 5G versiyası 2000$-dan bir qədər baha qiymətə satılır. Şirkətin partnyorlarının verdikləri məlumata əsasən Kanadada smartfonun 6 dekabr tarixində 1972$ qiymətində satışa çıxmasına baxmayaraq artıq bütün modellər satılıb.
        Qeyd etmək lazımdır ki, Galaxy Fold-un qlobal satış göstəriciləri şirkətin digər flaqman modellərinin satış göstəriciləri ilə müqayisə olunmur. Artıq geridə qalmış yarım il ərzində Samsung şirkəti ümumilikdə 16 milyon ədəd Galaxy S10, S10+, S10e S10 5G sata bilib. 
    Linki kopyala