main-post-cover

    Samsung şirkəti Galaxy J seriyasından tamamilə imtina etdi (VİDEO)

    Elm & Texnologiya
    09.04.2019
    Farid Pardashunas
        Samsung şirkəti rəsmi olaraq təsdiqlədi ki, o, Galaxy J seriyasından imtina edir və onu Galaxy A seriyası ilə əvəz edəcək. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin Malayziyadakı şöbəsi Galaxy A30Galaxy A50 smartfon modellərinə həsr olunmuş reklam videosunu təqdim edib. Həmin videoda sözügedən smartfonların özəllikləri barəsində məlumatlar verilir: Çərçivəsiz Infinity ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, yüksək batareya həcmi, sürətli enerji yığma texnologiyası və üçlü arxa kamera.

        Lakin diqqəti cəlb edən əsas məqam məhz həmin videonun "Galaxy J is now Galaxy A" adlanmasıdır. Bu isə o deməkdir ki, şirkət Galaxy J seriyasından tamamilə imtina edərək onu Galaxy A ilə əvəzləyib. Qeyd etmək lazımdır ki, şirkətin Galaxy J seriyasına büdcəli smartfon modelləri daxil idilər. Baxmayaraq ki, onlar büdcəli smartfonlar idilər, yenə də öz qiymətləri və texniki göstəriciləri baxımından rəqib şirkətlərin məhsullarından geridə qalırdılar. Galaxy A seriyasının cihazları isə yüksək olmayan qiymətə flaqman özəlliklər təklif edirlər. Bu il Galaxy A seriyasında artıq Galaxy A10, A20, A30, A50A70 smartfon modelləri təqdim olunublar. 10 aprel tarixində isə Galaxy A90A60 modelləri təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər