main-post-cover

    Samsung şirkəti Galaxy M30s smartfonunu təqdim edib - QİYMƏTLƏR

    Elm & Texnologiya
    18.09.2019
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy M30s smartfon modelini təqdim edib. Smartfonun əsas özəlliyi isə böyük həcmli batareyaya sahib olmasıdır. Smartfonun digər göstəriciləri də büdcəli modellərə görə diqqəti cəlb edir. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə Galaxy M30s modeli 2340x1080 piksel keyfiyyətli 6.4 düym Super AMOLED ekrana sahibdir. Ekran üzərində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Exynos 9611 prosessoru, Mali-G72MP3 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 15 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Smartfon One UI interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 29 sentyabr tarixində satışa çıxacaq. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib model 196$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 238$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər