main-post-cover

    Samsung şirkəti Galaxy Note 10 üzərində işlərə start verib

    Elm & Texnologiya
    12.09.2018
    Farid Pardashunas
        Cənubi Koreyanın The Investor adlı mənbəsinin verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy Note seriyasının yeni modeli üzərində işlərə start verib. Məlumata əsasən Galaxy Note seriyasının növbəti modeli da Vinci kod adını alıb. Beləliklə smartfon məşhur ixtiraçı, alim və rəssam Leonardo da Vinçi-nin şərəfinə adlandırılıb. Çox güman ki, növbəti modelin adından 10 rəqəmi yığışdırılacaq və smartfon Galaxy Note X adlanacaq. Lakin bu sadəcə bir fərziyyədir. Məlumatda qeyd olunub ki, növbəti Galaxy Note smartfonu bir çox innovasiyalara sahib olacaq. Onların sırasında təkmilləşdirilmiş S Pen stilusu və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası var. Smartfonun xarici görünüşündə isə heç bir dəyişiklik olmayacaq və o, Galaxy Note 9-a bənzəyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər