main-post-cover

    Samsung şirkəti Galaxy S10'dan başqa özünün yenilənmiş aksessuar seriyasını da təqdim etdi

    Elm & Texnologiya
    20.02.2019
    Farid Pardashunas
        Unpacked 2019 tədbiri çərçivəsində Samsung şirkəti Galaxy S10 smartfon seriyasından başqa həmçinin özünün yenilənmiş aksessuar seriyasını da təqdim etdi. Həmin seriyaya Galaxy Watch Active smart saatı, Galaxy FitFit E fitnes qolbaqları və naqilsiz şarj texnologiyasına sahib Galaxy Buds Bluetooth qulaqlıqları daxil olublar. Yeni aksessuar seriyasının istehsalı zamanı şirkət aktiv həyat tərzi sürən insanların tələbatlarını nəzərə alıb.
    Galaxy Watch Active smart saatı:

        Galaxy Watch Active ilk öncə modaya önəm verən və gündəlik həyatda lazımi fiziki aktivlik səviyyəsini qoruyub saxlayan insanlar üçün nəzərdə tutulub. Yeni smart saat modelləri yenilənmiş dizayn, nazik və yüngül gövdə və balanslaşdırılmış həyat tərzi üçün nəzərdə tutulmuş çoxlu sayda faydalı funksiyalar əldə ediblər. Galaxy Watch Active insanın fiziki aktivliyinin əsas parametrlərinin (məşqlər zamanı olunan fiziki yüklənmələr, yuxu prosesinin keyfiyyəti, stress səviyyəsi və insan sağlamlığının vəziyyəti) idarəolunmasına imkan verir. Beləliklə bu özəlliklər smart saatı gündəlik həyatda istənilən zaman istifadəçi üçün hazırlıqlı özəl məşqçiyə çevirir.

    - Qan təzyiqinin ölçülməsi: Kaliforniya Universitetinin mütəxəssislərinin iştirakı ilə yaradılmış My BP Lab. adlı tətbiq sayəsində Galaxy Watch Active ilə əsas funksional göstəricilərdən birini ölçmək mümkündür.
    - Stress Tracker funksiyası vasitəsilə istifadəçinin stress səviyyəsinin təyin olunması: Bu funksiya sayəsində istifadəçi öz orqanizminin vəziyyətini nəzarət altında saxlaya bilər. Yüksək stress səviyyəsinin olduğu halda isə smart saat hava almaq məşqlərini məsləhət görəcək. Həmin məşqlərin effektivliyini isə birbaşa saat ekranında yoxlamaq mümkün olacaq.
    - Fitnes treker: Galaxy Watch Active avtomatik olaraq istifadəçinin olduğu aktivlik növünü (qaçış, velosiped gəzintisi və s.) təyin edə bilir. İstifadəçi həmçinin özü gündəlik məqsədlərini qeyd edərək 39 növ məşqi seçə bilər və daha sonra əldə etmiş olduğu nailiyyətləri saat ekranında izləyə bilər.

        Galaxy Watch Active çox rahat şəkildə digər cihazlarla birlikdə Galaxy ekosisteminə qoşula bilər. Belə ki, bu smart saat Android iOS sistemləri ilə uyğunlaşa bilir və həmçinin Under Armour, SpotifyStrava kimi kənar tətbiqləri dəstəkləyə bilir. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy Watch Active 360x360 piksel keyfiyyətli 1.1 düym AMOLED ekran (Gorilla Glass 3 qoruyucu şüşə örtüklü və Full Color Always on Display dəstəkli), 2 nüvəli Exynos 9110 prosessoru, 768 MB RAM, 4 GB daxili yaddaş həcmi, 230 mAh enerji tutumlu batareya, Bluetooth 4.2, Wi-Fi b/g/n, NFC modulu, akselerometr, hiroskop, barometr və ürək döyüntüsünün ölçülməsi ötürücüsü ilə təchiz olunub. Galaxy Watch Active smart saatı Tizen əsasında hazırlanmış Wearable OS 4.0 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy Watch Active 8 mart tarixində 200$ qiymətində satışa çıxacaq.
    Galaxy Fit və Fit E fitnes qolbaqları:
        Galaxy Fit və Fit E fitnes qolbaqları istifadəçinin gündəlik aktiv həyat tərzinin saxlanması və məşqlərin effektivliyinin yüksəldilməsi üçün yaradılıb. Sözügedən cihazlar sudan və tozdan qorunan gövdələrə sahibdirlər. Galaxy Fit və Fit E qolbaqları avtomatik olaraq istifadəçinin aktivliklərini təyin edə bilirlər. Qolbaqlar həmçinin yuxu keyfiyyətini və gün ərzində olmuş stress səviyyəsini ölçə də bilirlər. Sözügedən qolbaqlar vasitəsilə smartfonda olan bildirişləri, mətn mesajlarını oxumaq və birbaşa qolbaqlar vasitəsilə zəngli saatı ayarlamaq, təqvimdən istifadə etmək və hava proqnozunu yoxlamaq olar.

        Digər saat qurşağına keçid zamanı qolbaqlar avtomatik olaraq ikili saat rejiminə keçirlər. Bu üsulla istifadəçi zamanı səhv salmır. Galaxy Fit modeli 240x120 piksel keyfiyyətli 0.95 düym Full Color AMOLED ekran, MCU Cortex M33F 96 MHz + M0 16 MHz prosessoru, 512 KB daxili RAM, 2048 KB xarici RAM, 120 mAh enerji tutumlu batareya, Bluetotth LE, akselerometr, hiroskop və ürək yığılmalarının tezliklərinin ölçülməsi ötürücüsü ilə təchiz olunub. Galaxy Fit Realtime OS əməliyyat sistemi vasitəsilə çalışır.
        Galaxy Fit E isə 128x64 piksel keyfiyyətli 0.74 düym PMOLED ekran, MCU Cortex M0 96 MHz prosessoru, 128 KB daxili RAM, 70 mAh enerji tutumlu batareya, Bluetooth LE, akselerometr və ürək yığılmalarının tezliklərinin ölçülməsi ötürücüsü ilə təchiz olunub. Galaxy Fit E modeli Realtime OS əməəliyyat sistemi vasitəsilə çalışır. Fitnes qolbaqların satışlarına aprel ayında start veriləcək. Galaxy Fit modeli təqribi olaraq 100$-a, Galaxy Fit E modeli isə 40$-a satılacaq.
    Naqilsiz Galaxy Buds qulaqlıqları:
        Galaxy Buds naqilsiz qulaqlıqları öz kiçik ölçüləri, rahat idarəetmələri və AKG şirkətindən olan keyfiyyətli səs özəllikləri ilə fərqlənirlər. Yeni qulaqlıq modelində Ambient Sound rejimi daha da təkmilləşdirilib. Bu rejiim sayəsində qulaqlıqlar hətta istifadəçinin qulaqlarında olan zaman da istifadəçi ətrafda baş verənlərdən xəbərdar olur.

        Danışıq zamanı istifadəçinin səs keyfiyyətini isə hər bir qulaqlıqda olan ikili mikrofon özəlliyi təmin edir. Qulaqlıqlar Bluetooth qoşulması rejimində 6 saat musiqi dinləməni və 5 saat danışıq rejimində çalışmanı təmin edirlər. Qulaqlıqlar üçün nəzərdə tutulmuş kompakt keys isə musiqi dinləmə vaxtını 7 saata yüksəldir.

        Qulaqlıqların təkcə 15 dəqiqə ərzində şarj olunması bəs edir ki, onlar 2 saata kimi çalışa bilsinlər. Naqilsiz şarj texnologiyası sayəsində isə istifadəçi qulaqlıqları Galaxy S10 smartfonu vasitəsilə şarj edə bilər. Galaxy Buds qulaqlıqları Avropada mart ayının sonunda 130 avro qiymətində satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, təqdim olunmuş istənilən Galaxy S10 smartfonunu ön sifariş etmiş alıcılara Galaxy Buds pulsuz olaraq veriləcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər