main-post-cover

    Samsung şirkəti Galaxy S10-nun bəzi özəlliklərini rəsmi olaraq təsdiqlədi (VİDEO)

    Elm & Texnologiya
    13.02.2019
    Farid Pardashunas
        Artıq 20 fevral tarixində Samsung şirkəti San Fransiskoda keçirdəcəyi Unpacked 2019 tədbiri çərçivəsində özünün yeni Galaxy S10 flaqman seriyasını təqdim edəcək. İndi isə şirkət tizer videolarından tam reklam kampaniyasına start verib və sözügedən smartfon seriyasının bəzi özəlliklərini ortaya çıxartmağa başlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Şirkət Galaxy S10 smartfon modellərinin bir sıra özəlliklərini əks etdirən reklam videolarını təqdim edib. Smartfonlar barəsində olan həmin əlumatlar əvvəlcədən də məlum idi. Lakin indi həmin məlumatlar rəsmi olaraq təsdiqləndilər.
        İlk öncə qeyd etmək lazımdır ki, Galaxy S10 modeli öz dizaynı ilə fərqlənir. Belə ki, ekran üzərində olan qıcıqlandırıcı çıxıntı hissə yerinə şirkət ön kamera üçün bu dəfə kompakt dairəvi hissədən istifadə edib. Bundan əlavə olaraq Galaxy S10 ilə S10 Plus modelləri ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə də təchiz olunacaqlar. Lakin Galaxy S10e modelində bu texnologiya smartfonun kənarında yerləşəcək.

        Bundan əlavə olaraq Galaxy S10 şarj stansiyası rolunda da çıxış edə biləcək və naqilsiz şarj texnologiyası ilə digər smartfonları və aksessuarları şarj edə biləcək.

        Yeni smartfon seriyasının kameraları təsvirin optik stabilizasiyası özəlliyini və 4K-nı dəstəkləyəcəklər.

        Məşhur insayder Evan Blass həmçinin Galaxy S10 Plus modelinin reklam bannerini təqdim edib. Həmin reklam bannerindən də görmək olar ki, S10 Plus modeli ikili ön kamera, 3.5 mm-lik audiogiriş və USB Type-C girişi ilə təchiz olunacaq.

        Qeyd etmək lazımdır ki, 20 fevral tarixində Galaxy S10 seriyasından əlavə olaraq şirkət həmçinin özünün Galaxy F adlı ilk əyilə bilən smartfonunu da təqdim etməlidir. Bu cür qənaətə şirkətin təqdim etdiyi tizer videosundan gəlmək olar. Həmin videonun sloqanı isə “The Future Unfold”dur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər