main-post-cover

    Samsung şirkəti Galaxy S10-un istehsalına start verib

    Elm & Texnologiya
    22.12.2018
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy S10 flaqman modelinin istehsalına start verib. Bu barədə şirkətə yaxın olan mənbələr xəbər veriblər. Mənbələrin verdikləri məlumata əsasən şirkətin hər üç smartfon modelini yoxsa yalnız konkret hansısa bir modelin istehsalına start verməsi bilinmir. Lakin istehsal olunan cihazın ilk tirajı artıq yaxın müddət ərzində hazır olacaq. Samsung şirkətinin istehsala start verməsini həmçinin şirkətin son xəbərləri barəsində məlumat verən Twitter istifadəçisi də təsdiqləyib.
        Onun fikrincə növbəti bir neçə həftə ərzində smartfon barəsində yeni məlumatlar ortaya çıxa bilər. Qeyd etmək lazmdır ki, yeni Galaxy S seriyası bir neçə versiyada təqdim olunacaq: Galaxy S10, Galaxy S10 PlusGalaxy S10 Lite. Bundan əlavə olaraq dünən məlumat yayıldı ki, adi Galaxy S10 modeli Galaxy S10 Edge adlanacaq və o, kənarları əyilmiş ekran dizaynına sahib olacaq. Bundan əlavə olaraq 6.7 düym ekrana sahib Galaxy S10 5G modeli də təqdim olunmalıdır. Yeni Galaxy S seriyasının təqdimatı gələn ilin fevral ayının sonunda baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər