main-post-cover

    Samsung şirkəti Galaxy Tab S5e adlı planşet modelini təqdim edib

    Elm & Texnologiya
    16.02.2019
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy Tab S5e adlı flaqman planşeti təqdim edib. Planşet nazik çərçivələr ilə əhatə edilmiş 10.5 düym ekran və 14 saatlıq işi təmin edən yüksək enerji tutumlu batareya ilə təmin olunub. Bununla yanaşı sözügedən planşet hal hazırda bazarda olan ən nazik planşet modellərindən biridir. Galaxy Tab S5e modeli planşet seriyasına xas olmayan yeni dizaynda hazırlanıb. Onun metal gövdəsinin qalınlığı cəmi 5.5 mm, ağırlığı isə 400 qramdır. Bu cür ölçülər ilə o, planşet bazarında 10.5 düym ekrana sahib ən kompakt planşet modellərindən biridir.

        Planşet 16:10 nisbətli Super AMOLED ekranla təchiz olunub və ekranın üzərində görünməyən Home düyməsi yerləşir. Nazik çərçivələrin hesabına ekran planşetin ön panelinin 81.8% hissəsini əhatə edir. Kompakt ölçülərə baxmayaraq sözügedən planşet 4 səsgücləndiricidən ibarət audiosistem ilə təchiz olunub. Beləliklə planşet istənilən vəziyyətdə stereo effektini verə bilir. Bununla yanaşı planşet həmçinin Dolby Atmos texnologiyasını da dətəkləyir.

        Əsas texniki göstəricilərə gəldikdə isə planşet 8 nüvəli Snapdragon 670 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəyi), 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera, sürətli enerji yığma özəllikli 7040 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunub. Planşet Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy Tab S5e planşeti yenilənmiş Bixby 2.0 səsli köməkçini əldə etmiş ilk planşet modeli oldu. Beləliklə bu planşet evdə yerləşən müxtəlif məişət texnikasının idarəetmə mərkəzi qismində çıxış edə bilər. Məsələn istifadəçilər Quick Command funksiyası vasitəsilə evdə olan bir neçə məişət texnikasını idarə edə bilərlər. Planşet aprel ayında 420 avro qiymətində satışa çıxacaq. LTE dəstəkli versiya isə 480 avro qiymətində satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər