main-post-cover

    Samsung şirkəti Galaxy Tab S6 flaqman planşetini təqdim edib

    Elm & Texnologiya
    01.08.2019
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy Tab S6 adlı flaqman planşet modelini təqdim edib. Əvvəlki modeldən fərqli olaraq yeni Galaxy Tab S6 bir sıra vacib dəyişiklikləri əldə edib. Onların sırasında güclü Qualcomm prosessoru, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və təkmilləşdirilmiş stilus var. Bu barədə 9to5google saytına istinadən 4pda saytı xəbər verib. Yeni Galaxy Tab S6 modeli metal materialdan hazırlanmış nazik çərçivəli gövdəyə sahibdir. Planşet 2560x1600 piksel keyfiyyətli 10.5 düym Super AMOLED ekran ilə təchiz olunub. Ekran hər tərəfdən nazik çərçivələr ilə əhatə olunub və ekranın özünə barmaq izi skanı texnologiyası inteqrasiya edilib.

        Planşetin arxa panelində stilus üçün nəzərdə tutulmuş böyük olmayan dərin hissə yerləşir. Stilusun özü həmin yerə maqnitlər vasitəsilə bərkidilir. Bu halda həmçinin stilusun şarj prosesi də reallaşdırılır. Galaxy Note 9 smartfon modelində olduğu kimi Galaxy Tab S6-da da stilus Bluetooth vasitəsilə planşetə qoşulur. Buna görə də stilusun imkanları bir qədər genişləndirilib. Belə ki, artıq planşeti uzaqdan idarə etmək mümkündür. Məsələn kamera modulunu işə salmaq, media kontenti idarə etmək və prezentasiyalar zamanı slaydları işə salmaq.

        Galaxy Tab S6 planşeti təkcə əyləncə üçün deyil həm də iş üçün nəzərdə tutulub. Buna görə də şirkət bu planşetdə DeX rejimini təkmilləşdirib. Həmin rejimi planşetə ayrıca qoşulmuş klaviaturadakı xüsusi düymə vasitəsilə işə salmaq olar. Planşet üçün nəzərdə tutulmuş ayrıca klaviatura da təkmilləşdirilib və ona touchpad əlavə edilib. Galaxy Tab S6-ya həmçinin USB Type-C girişi vasitəsilə ayrıca monitor da qoşmaq mümkündür.

        Əsas texniki göstəricilərə gəldikdə isə planşet Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəyi), 13 MP + 5 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 7040 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model 649$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 729$-a satılacaq. Galaxy Tab S6 sentyabr ayında satışa çıxacaq. Lakin satışa ilk olaraq Wi-Fi modula sahib model çıxacaq. Planşetin LTE dəstəkli versiyası isə daha sonra satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər