main-post-cover

    Samsung şirkəti gələcək qatlana bilən bütün smartfonlarını Galaxy Z adlandırmağı planlaşdırır

    Elm & Texnologiya
    13.02.2020
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti növbəti qatlana bilən smartfon modellərini Galaxy Z adlandıracaq. İndi isə bu məlumat təsdiqlənib. Bu barədə Samsung şirkətinin təmsilçisi Galaxy Z Flip modelinin təqdimatından sonra Bloomberg saytına müsahibəsində danışıb. Onun sözlərinə əsasən Galaxy Z adı şirkətin qatlana bilən smartfon modelləri üçün ən uyğun addır.
        “Biz bu seriya üçün Z-i ona görə seçdik ki, o, qatlanma ideyasını ən yaxşı təsvir etməyə malikdir” - deyə şirkət təmsilçisi qeyd edib. Bununla yanaşı şirkətin qatlana bilən smartfon seriyasının adına həmçinin Galaxy V də uyğun gəlirdi. Lakin şirkət öz istifadəçilərini çaşdırmaq istəmədi. Belə ki, şirkətin bu ada sahib artıq smartfonu olub. Galaxy Z seriyasında bizləri hansı smartfon modellərinin gözlədiyi barəsində bir məlumat verilməyib. Məlumat sızıntılarına əsasən onların arasında Galaxy Fold-un davamçısı da ola bilər
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər