main-post-cover

    Samsung şirkəti genişlənən ekranlı smartfonun patentini alıb

    Elm & Texnologiya
    16.07.2019
    Farid Pardashunas
        Samsung şirkəti öz ölkəsində qeyri adi smartfon modelinin patentini əldə edib. Patentdə əks olunmuş smartfon modelinin əsas unikal özəlliyi ondan ibarətdir ki, o, genişlənə bilən ekrana sahibdir. Bu barədə Androidcommunity saytına istinadən 4pda saytı xəbər verib. İstifadəsindən asılı olaraq bu cihaz həm kompakt formatda həm də planşet formatında ola bilər. Bunun üçün şirkət unikal slayder konstruksiyasından istifadə edir.

        Şirkətin patentində olan sxematik təsvirlər əsasında Letsgodigital saytının mütəxəssisləri bu cihazın əldə edə biləcəyi dizayna aid render fotoları yaradıblar. İlk baxışdan smartfon xarici görnüşcə gələn ay təqdim olunacaq Galaxy Note 10-a bənzəyir. Belə ki, bu smartfon da demək olarki çərçivəsiz ekran, ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə və arxa paneldən üç kamera modulu ilə təchiz olunub. Bu, cihazın yığılmış formatdakı təsviridir.

        Lakin lazım olduğu halda istifadəçi cihazın sağ tərəfini dartaraq onun ekranını iki dəfə genişləndirə bilər. Yığılmış şəkildə ekranın yarı hissəsi cihaz korpusunun daxilində yerləşir. Tam açıq şəkildə isə həmin hissə korpusun daxilindən xarici istiqamətə çıxır. Nəticədə istifadəçi böyük kvadrat ekrana sahib cihaz əldə edir. Artıq təqdim olunmuş Galaxy Fold-dan fərqli olaraq bu smartfon modelinin planşet formatına çevrilməsi üçün smartfonu qatlamağa ehtiyac yoxdur. Samsung şirkətinin bu ideyanı gələcəkdə istifadə edib-etməyəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər