
"Samsung" şirkəti iki ədəd Chromebook modelini təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid
CES 2017 tədbiri çərçivəsində "Samsung” şirkəti iki ədəd qatlana bilən Chromebook modelini təqdim etdi.
Onlardan biri Chromebook Pro, digəri isə Chromebook Plus adlanır. Hər iki model stilus özəlliyini dəstəkləyir və Chrome OS əməliyyat
sistemi vasitəsilə çalışır. Chromebooklar, Google Play ilə inteqrasiya olunublar
və digər Android cihazlara yenilənmələr gələn zaman həmin chromebookların da bu
yenilənmələrdən xəbərləri olur. Chromebook Pro, 6 nüvəli OP1 prosessoru ilə,
Chromebook Plus isə Intel Core M3 6Y30 prosessoru ilə təchiz olunub. Qalan digər
texniki göstəricilərinə görə hər iki model eynidir. Hər iki model, 12.3 inç
ekrana, LPDDR3 standartlı 4 GB RAM-a, 32 GB daxili yaddaşa, Wi-Fi və Bluetooth
modullarına, iki ədəd USB-Type C girişinə və microSD girişə sahibdir. Cihazlar
5200 mAh enerji tutumlu batareya ilə təchiz olunublar. Samsung Chromebook Plus
bu ilin Fevral ayında 449$ qiymətində satışa çıxacaq. Pro versiya isə yaz fəslində satışa çıxacaq. Onun qiyməti hələki məlum deyil.
Paylaş
Bənzər xəbərlər