Samsung şirkəti iki ekranlı smartfonun patentini aldı
Elm & Texnologiya
21.06.2018
Farid Pardashunas
Hollandiyanın Mobielkopen adlı mənbəsi
Samsung şirkətinin iki ekranlı smartfonunun patentini təqdim edib. Patentdəki
cihazın çertyojlarına əsasən smartfonun ön panelində demək olar ki, çərçivəsiz
genişformatlı ekran yerləşib. Onun yuxarı hissəsində isə səsgücləndiricilər və
ötürücülərin yerləşdiyi nazik çərçivə var. Cihazın arxa panelində kiçik ölçüdə əlavə
ekran yerləşir. Lakin əsas özəllik ondan ibarətdir ki, həmin ekran arxa paneli
tamamilə əhatə etmir.
Əksinə o, arxa panelin ortasında yerləşir. Bu cür qərara
görə arxa kamera yuxarı sol küncə keçirilib. Cihazda standart barmaq izi skanı
texnologiyası nəzərə çarpmır. Çox güman ki, o birbaşa ekrana inteqrasiya
olunacaq. Cihazın sağ tərəfindəki paneldə olan düymələr isə smartfonu bloka
salma və səsin tənzim olunması düymələridir. Sözügedən cihazın nəticədə hansı
smartfon modeli olacağı, ikinci ekranın hansı funksiyaları yerinə yetirəcəyi və
ümumiyyətlə bu cihazın satışa çıxıb-çıxmayacağı hələki bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)