
Samsung şirkəti nəhəng Galaxy View 2 planşeti üzərində çalışır
Elm & Texnologiya
21.08.2018
Emil
AndroidPolice saytının verdiyi məlumata əsasən Samsung şirkəti
Galaxy View adlı planşetin ikinci nəslini təqdim etməyə hazırlaşır. Sayt həmçinin
sözügedən planşetin bəzi texniki göstəricilərini də paylaşıb. Beləliklə Galaxy
View 2 planşeti 17.5 inç Full HD ekran, Exynos prosessoru, 3 GB RAM, microSD
girişi və USB Type-C girişi ilə təchiz olunacaq. Planşet Android Oreo əməlyyat
sistemi vasitəsilə çalışacaq. Bununla yanaşı istifadəçinin planşetdən həm
şaquli həmdə üfüqi şəkildə rahat istifadə etməsi üçün cihaz hansısa xüsusi özəlliyə
sahib olacaq. Çox güman ki, söhbət, planşetin korpusuna bitişik hansısa
dayaqdan gedir. Galaxy View 2-nin təqdimat və satış tarixləri barəsində isə hələki
heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər