
Samsung şirkəti NVIDIA və AMD videokartları üçün GDDR7 yaddaş çiplərini təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
30.01.2024
Emil
Techradar saytının vermiş olduğu məlumata əsasən 18 fevral tarixində start götürəcək ISSCC konfransı çərçivəsində Samsung şirkəti GDDR7 standartlı yaddaş çiplərini təqdim edəcək. Məlumata əsasən GDDR7 çiplərinin həcmi 16 GB təşkil edəcək və onlar məlumatları saniyədə 37 Gbit sürətlə ötürə biləcəklər. Gözləntilərə əsasən GDDR7 çiplərinin daha bir üstünlükləri aşağı enerji sərfiyyatı olacaq. GDDR7 çiplərinin bu ilin sonuna kimi NVIDIA və AMD videokartlarına inteqrasiya ediləcəkləri gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
