Logo
    main-post-cover

    Samsung şirkəti orta büdcəli Galaxy On8 (2018) modelini təqdim etdi

    Elm & Texnologiya
    03.08.2018
    Emil
        Samsung şirkəti orta büdcəli Galaxy On8 (2018) modelini təqdim edib. Yeni smartfon dəbli dizayn və Qualcomm şirkətinin prosessoru ilə fərqlənir. Beləliklə Galaxy On8 (2018) modeli 1480x720 piksel keyfiyyətli 6 inç Super AMOLED ekran, 1.8 GHz tezlikli Snapdragon 450 prosessoru, Adreno 506 qrafik sürətləndirici, 4 GB RAM, 64 GB daxili yadsaş (256 GB-a kimi microSD dəstəyi), LTE modem, 16 MP + 5 MP ikili arxa kamera, 16 MP-lik ön kamera, USB Type-C girişi, 3.5 mm-lik audiogiriş və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Bundan əlavə olaraq smartfonun arxa panelində barmaq izi skanı texnologiyası da var. Samsung Galaxy On8 (2018) modeli yaxın 2 həftə ərzində satışa çıxacaq. Onun qiyməti isə 250$ təşkil edəcək.

    Paylaş
    Bənzər xəbərlər