main-post-cover

    Samsung şirkəti özünün kriptovalyutasını yaratmağı planlaşdırır

    Elm & Texnologiya
    26.04.2019
    Farid Pardashunas
        Samsung şirkəti özünün blockchaini üzərində çalışır və özünün Samsung Coin adlı kriptovalyutasını yaratmaq istəyir. Bu barədə CoinDesk Korea saytına istinadən Gagadget saytı xəbər verib. Şirkətin planları ilə yaxından məlumatı olan mənbələrin verdikləri məlumata əsasən Samsung şirkətinin blockchain sistemi Ethereum əsasında qurulacaq və gələcəkdə ictimai olacaq.
        “Hal hazırda biz bağlı blockchain haqqında düşünürük. Lakin bu da öz təsdiqini tapmayıb. Gələcəkdə bu, açıq blockchain ola bilər. Lakin mən düşünürəm ki, bu, hibrid blockchain olacaq. Yəni açıq blockchain ilə qapalı blockchainin birləşməsi” – deyə mənbə qeyd edib. Heç istisna deyil ki, müəyyən müddətdən sonra Samsung Coin də birjadakı hərraclarda satılacaq. “Bizim gözləntilərimizə əsasən Samsung Coin bazara çıxacaq,lakin layihənin istiqaməti hələ məlum deyil” – deyə mənbə qeyd edib.

        Şirkət öz blockchain sistemini Samsung Pay ödənişləri üçün inteqrasiya edə bilər. Lakin bu qərar hələki tam verilməyib. Bu layihə üzərində şirkətin naqilsiz texnologiyaları ilə məşğul olan şöbəsi çalışır. Layihə üzərində iş isə keçən ildən aparılır və hələki şirkət daxilində test mərhələsindədir. Qeyd etmək lazımdır ki, Galaxy S10 smartfon modellərinin daxilində Blockchain Keystore adlı kriptovalyuta portmanatı mövcuddur. O, Ethereum-u və ERC tokenlərini dəstəkləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər