Logo
    main-post-cover

    "Samsung" şirkəti problemli Galaxy Note 7 sahibləri üçün həll üsulu təklif edib

    Galaxy Note 7 modellərinin geri çağırılmasından sonra "Samsung” şirkəti növbəti açıqlama ilə çıxış edib. Rəsmi açıqlamaya görə, cihazların dəyişdirilməsi ABŞ-da baş tutacaq. Kampaniyanın gələcək həftədən başlanması nəzərdə tutulur. Prosesin iki variant üzrə həyata keçirilməsi gözlənilir: Galaxy Note 7 modelinin yenisi ilə əvəz olunması və ya Galaxy Note 7 cihazının Galaxy S7 və ya Galaxy S7 Edge ilə dəyişdirilməsi. Təbii ki, ikinci halda qiymət arasındakı fərqi ödəmək üçün aksessuarların da dəyişdirilməsi nəzərdə tutulur. Dəyişmək üçün "Samsung”un rəsmi firma mağazasına müraciət edilməli və ya Galaxy Note 7-nin təmir olunduğu yerə cihaz təhvil verilməlidir. Bundan əlavə zərərçəkən müştərilərə 25$ dəyərində hədiyyə kartının da verilməsi nəzərdə tutulur.
    Qeyd edək ki, iPhone 7-nin çıxışına sayılı günlər qaldığı vaxtda Samsung-un belə addım atması gözləniləndir. Şirkət bu yolla ABŞ-da öz satışlarını qoruyub saxlamaq istəyir.
    Paylaş
    Bənzər xəbərlər