main-post-cover

    Samsung şirkəti qeyri-adi kamera mexanizminə sahib Galaxy A80-ni təqdim etdi

    Elm & Texnologiya
    10.04.2019
    Farid Pardashunas
        Samsung şirkəti rəsmi olaraq Galaxy A80 smartfon modelini təqdim etdi. Sözügedən smartfon heç bir çıxıntı hissəyə sahib olmayan böyük ekran, performanslı Snapdragon prosessoru və fırlanma mexanizminə sahib təkmilləşdirilmiş kamera modulu ilə fərqlənir. Bu barədə 4pda saytı xəbər verib. Galaxy A80 smartfonu 20:9 nisbətli 2400x1080 piksel keyfiyyətli 6.7 düym Super AMOLED ekrana sahibdir. Ekran üzərində heç bir çıxıntı hissə yoxdur. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Zənglər zamanı isə danışıq səsgücləndiricisi funksiyasını smartfonun ekranı öz üzərinə götürür.

        Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A80 smartfonu 2.2 GHz tezlikdə çalışan Snapdragon 7150 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP (f/2.0 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı və 123 dərəcə bucaq təsvirli) + ToF üçlü arxa kamera, 16 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Galaxy A80-nin əsas üstünlüklərindən biri də onun kameralarıdır. Belə ki, smartfonun kameraları ənənəvi şəkildə smartfona quraşdırılmayıb. Həmin kameralar yuxarı istiqamətdə hərəkət edən xüsusi paneldə yerləşdiriliblər. Əslində smartfon ön kameraya sahib deyil. Sadəcə olaraq ön kamera funksiyasını smartfonun əsas kamerası yerinə yetirir. Məsələn əgər istifadəçi selfi çəkmək istəsə onda kamera hissəsi istifadəçi tərəfə fırlanacaq. Kameralarda olan superstabilizasiya sistemi vasitəsilə istifadəçi hətta hərəkətdə olan zaman çəkiliş edəndə yaranan titrəmələr aradan qaldırılacaq.
        Yeni funksiya sayəsində smartfonda olan Bixby adlı səsli köməkçisi istifadəçinin gündəlik vərdişlərini analiz edir və lazımi vaxtda istifadəçiyə smartfonun hansı funkisiyasının lazım olacağını təyin edə bilir. Galaxy A80 smartfonu Samsung One UI interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon may ayında satışa çıxacaq. Onun təqribi qiyməti isə 650$-dan baha olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər