main-post-cover

    Samsung şirkəti saxta barmaq izi skanını təyin edəcək texnologiya üzərində çalışır

    Elm & Texnologiya
    26.09.2018
    Farid Pardashunas
        AndroidHeadlines saytının verdiyi məlumata əsasən Samsung şirkəti ekrana inteqrasiya olunmuş barmaq izi skanı sistemində saxta barmaq izi skanını təyin edən yeni texnologiya üzərində çalışır. Bu yeni təhlükəsizlik üsulu minimal skan səviyyəsində bir neçə barmaq izi skanı həyata keçirəcək. Əgər həmin etapda cihaz mümkün problemləri aşkar etsə, onda barmaq izi skanı bir neçə dəfə daha effektiv şəkildə reallaşdırılacaq. Bu proseslərdən sonra yeni sistem əldə olunmuş məlumatları incələyərək istifadəçi üçün smartfonu aktiv edib-etməyəcəyinə qərar verəcək. Əgər bu texnologiya lazımi səviyyədə çalışsa və onu vaxtında reallaşdırsalar, ekrana inteqrasiya olunmuş barmaq izi skanı vasitəsilə saxta barmaq izlərini təyin edəcək texnologiya ilk öncə Galaxy S10 smartfonuna əlavə oluna bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər